You are viewing [info]musavatgencleri's journal

musavat gencler teskilati


















İTV-NİN QARŞISINDAKI AKSİYANIN DAĞIDILMASINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Mayın 24-də İctimai Palata İctimai Televiziyanın (İTV) qarşısında keçirdiyi piket zamanı polis və mülki geyimli şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik yaradıblar. Belə ki, İctimai Palata fəalları telekanalın binasına doğru irəliləyərkən mülki və polis geyimli şəxslər tərəfindən ciddi zorakılığa məruz qalıblar.

Aksiya iştirakçıları ilə kobud davranılıb, onlar zor gücünə polis maşınlarına və əraziyə gətirilən avtobuslara mindiriliblər.
Bu zaman da peşə fəaliyyətini yerinə yetirən “Gündəlik Teleqraf” qəzetinin fotoqrafı Bayram İsgəndərli polislər tərəfindən saxlanılıb, daha sonra sərbəst buraxılıb. Habelə aksiya zamanı “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, eləcə də “Obyektiv TV”-nin əməkdaşlarının və digər media qurumlarının peşə fəaliyyətinə maneələr yaradılıb. Hadisələri izləyənlər arasında beynəlxalq media qurumların təmsilçiləri də olub. Aksiyanı xarici jurnalistlər də videolentə alıblar. İTV əməkdaşları teleşirkətin binasından kənara çıxmadan çəkiliş aparıblar.
Qeyd edək ki, piket İTV-nin siyasi plüralizmi, ifadə azadlığını pozmasına etiraz olaraq keçirilib. Müxalifət hesab edir ki, “Eurovision”un təşkilatçılarından biri olan İTV Avropa Yayım Birliyinin ifadə azadlığı haqqında prinsiplərini pozur, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun fəaliyyət göstərmir. Piketin əsas tələblərindən biri İctimai Teleradioda müxalif düşərgəyə efir vaxtı ayrılması olub.


http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,1139/id,12191/lang,az/
  • Leave a comment
  • Add to Memories

POLİS İTV ƏTRAFINDA HƏBSLƏR APARIB

musavat gencler teskilati
Paytaxt polisi İctimai Teleradionun binası ətrafını mühasirəyə alıb. "Yeni Müsavat"ın əməkdaşı Röya Rəfiyevanın verdiyi məlumata görə, İctimai Palata fəallarının bu gün saat 13-ə İctimai Teleradionun binası qarşısına təyin etdiyi etiraz piketinin qarşınını alınması üçün hər cür tədbir görülüb.


Reportyorumuzun dediyinə görə, Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Səhlab Bağırov əməliyyat meydanına şəxsən rəhbərlik edib, polislər ərazidə həbslər aparıb, piketdə iştirak etməyə gələn müxalifətçilər saxlanılaraq polis avtomobillərinə oturdulub. Yolların kəsilmədiyini, maşınların işlədiyini bildirən əməkdaşımız qeyd edib ki, ancaq polislər avtobusların içini yoxlayıb, sifətdən tanıdıqları müxalifətçiləri maşından endirib saxlayıblar.

R.Rəfiyevanın sözlərinə görə, onun gözünün önündə polislər iki müsavatçını - Aydın Acalov, Hüseyn Məlikli, Lətafət Məlikova, Azər Ağayev və başqalarını saxlayıb, özləri ilə aparıblar.

“Media forum” saytının müxbiri xəbər verir ki, ərazidə olan polislərdən yalnız yüksək rütbəli zabitlər polis geyimindədir, qalanları mülki geyimdədir. Onlar aksiyaya cəhd göstərən müxalifətçilərlə çox sərt davranıblar. Polislər müsavatçı xanımlardan Nərgiz Yaqublunu yerə yıxıb sürüyüblər.

Bildirilir ki, aksiyanı müşahidə edənlər arasında ATƏT Bakı ofisinin nümayəndələri də olub. Onlar baş verənləri müşahidə edib, qeydlər aparıblar.
musavat gencler teskilati





İctimai Palatanın İTV-dən efir vaxtı tələbi ilə keçirdiyi piketin dağıdılmasına bir orduya bərabər polis qüvvəsi cəlb olundu; aksiyaçılar vəhşiliklə üzləşdi, 70-dək saxlanan var...



İctimai Palata “Eurovision” günlərindəki etiraz aksiyalarını davam etdirir. Məqsəd dünyanın diqqəti və böyük media quruluşlarının jurnalistləri Azərbaycanda ikən, məqamdan istifadə edərək, respublikamızın azadlıqlarla bağlı mövcud olan problemlərini nümayiş etdirməkdir.






Bu qəbildən növbəti tədbir mayın 24-də növbəti İctimai Televiziyanın binası qarşısında keçirildi. Aksiya piket formatında idi. Müxalifətçilərin tələbi İTV-nin ölkənin ictimai-siyasi qüvvələrinə bərabər səviyyədə yer ayırması ilə bağlı idi. Aksiyada səslənən şüarlar da əsasən bunlar oldu: “İctimai Televiziya xalqındır!”, “İTV hakimiyyətə xidmət edir!” və s.







Plakatlar qalxdı, zorakılıq başladı...

Əvvəlki aksiyalarla müqayisədə bu dəfə polis daha ciddi hazırlıq vəziyyətinə gətirilmişdi. Piketdən öncə profilaktik tədbirlərə start verildi, aksiyada iştirak edəcək etirazçılar evindən çıxarkən, yolda, avtobusda saxlanıb bölmələrə aparıldılar.









Metronun “20 Yanvar” stansiyasından İTV-yə gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı, hər addımbaşı polis gözə dəyirdi. Bu dəfə mülki geyimli “işçilər” daha çox fəallıq nümayiş etdirirdilər. Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Səhlab Bağırov isə əməliyyat meydanına şəxsən rəhbərlik edirdi.









Gözlənildiyi kimi, saat 13:00-da aksiya başlandı. Və polislər dərhal aksiyaya təşəbbüs edənləri saxlayıb, zorla maşınlara basdılar. Müsavatçı fəal xanımlara qarşı xüsusi zorakılıq edildi, mülki geyimli şəxslər Nərgiz Yaqublunu yerə yıxıb sürüyərək maşına otuzdurdular. İlk həmlədə Aydın Acalov, Hüseyn Məlikli, Lətafət Məlikova, Azər Ağayev və başqaları saxlandı.
Polislərin yaratdığı maneələrə baxmayaraq gənclər İTV-nin qarşısına sıza bildilər və transparantları çıxararaq şüarlar səsləndirməyə başladılar. Bu zaman təqribən 20 gənc saxlanılaraq polis bölmələrinə aparıldı. Ümumilikdə, piketə görə 50-yə yaxın (gün ərzində isə 70-dən artıq) şəxs saxlanılıb. Bildirək ki, aksiyadan xəbər hazırlamaq üçün xeyli sayda xarici jurnalistlər İTV önünə gəlmişdilər. ATƏT-in Bakı Ofisinin nümayəndələri isə müşahidə aparırdılar.
Fasilələrlə təxminən 1 saat boyunca davam edən aksiyada polisin əsas missiyası etirazçıları tək-tək “dənləyib” aparmaq idi. Bir aksiyaçının üzərinə qəfil 8-10 mülki geyimli şığıyır, onları zorla polis maşınına itələyirdilər.

Müavinlərin cərimələnməsi, aksiyaçıların Şamaxı “gəzintisi”

Aksiyadan öncə isə səhər saatlarında Müsavat başqanının müavinləri - Gülağa Aslanlı və Tofiq Yaqublu polis tərəfindən saxlanılıb. G.Aslanlı nəvəsini həkimə apardığı zaman, T.Yaqublu isə Müsavat Partiyasına gələndə yolda tutulub. G.Aslanlı Binəqədi, T.Yaqublu isə Suraxanı polis idarəsinə aparılıb.
Partiya funksioneri Səxavət Soltanlı isə yaşadığı evdə mühasirə vəziyyətində saxlanılıb və Qobustan qəsəbəsindən aksiyaya gəlməyə ona imkan verməyiblər. Bu barədə İP-in Mətbuat Mərkəzi xəbər yayıb.
AXCP sədrinin müavini Gözəl Bayramlı, sədrin müşaviri Şakir Abbasov, partiyanın Suraxanı rayon şöbəsinin sədri Vaqif Xalıqov, Yasamal rayon şöbəsinin sədri Maarif Ağammədov da mayın 24-ü səhər evlərindən çıxandan sonra saxlanılaraq polis idarələrinə aparılıblar. G.Bayramlı deyib ki, Suraxanı polis idarəsinin 32-ci bölməsinə aparıldıqdan bir qədər sonra sərbəst buraxılıb.
Axşam saatlarında məlum oldu ki, G.Aslanlı 21 manat məbləğində cərimələnərək sərbəst buraxılıb. Daha sonra Müsavat başqanının digər müavini Tofiq Yaqublunun da Suraxanı məhkəməsində analoji cəzaya məruz qaldığı, 20 manat məbləğində cərimə edilərək sərbəst buraxıldığı məlum olub.
Bir qrup aksiya iştirakçısını isə saxlayaraq Şamaxı yaxınlığına aparıb orada “azad” ediblər.
Aksiyadan əvvəl və aksiya zamanı saxlanan və məhkəməyə aparılan şəxslərin siyahısı:


1. Gülağa Aslanlı - Müsavat Partiyası başqanının müavini
2. Tofiq Yaqublu - Müsavat Partiyası başqanının müavini
3. Gözəl Bayramlı - AXCP sədrinin müavini
4. İbrahim İbrahimli - İP Koordinasiya Şurasının üzvü
5. Asəf Quliyev - AXCP sədrinin müavini
6. Asif Yusifli - AXCP sədrinin müşaviri
7. Şakir Abbasov - AXCP sədrinin müşaviri
8. Rafiq Daşdəmirli - AXCP təşkilat şöbəsinin müdiri
9. Arifə Hüseynli - Müsavat Partiyası Məclisinin katibi
10. Aydın Acalov - Müsavat Partiyasının Məclis üzvü
11. Dünyaxanım Cərullayeva - Müsavat Partiyası başqanının müşaviri
12. Lətafət Məlikova - QHT rəhbəri, hüquq-müdafiəçisi, Müsavat Partiyasının üzvü
13. Ramil Baxış - Müsavat
14. Fərahim Abbaszadə - Müsavat
15. Günel Rəhimli - Müsavat
16. Elşad bəy - Müsavat
17. Hacı İzzət - Müsavat Partiyasının Cəbrayıl rayon təşkilatının sədri
18. Bəxtiyar Tarıyev - Müsavat
19. Əliş Əzizov - Müsavat
20. Aygün Quliyeva - Müsavat
21. Nərgiz Yaqublu - Müsavat
22. Nigar Yaqublu - Müsavat
23. Elxan Rüstəmov - Müsavat
24. Rauf Məmmədli - Müsavat
25. Rəvan Quliyev - Müsavat
26. Yaşar TürkAzər - Müsavat
27. Toğrul Abbaslı - Müsavat
28. Razim Əmiraslanlı - Müsavat Partiyasının Səbayel təşkilatının sədri
29. Mübariz Hüseynli - Müsavat
30. Aydın Qədimov - Müsavat
31. Famil Mahmudbəyli - Müsavat
32. Abdul Rəsulzadə - Müsavat
33. Tiflisə Əsədova - Müsavat
34. Akif Qədimov - Müsavat
35. Hüseyn Məlik - Müsavat
36. İlqar Mahmudov - Müsavat
37. Faiq Süleymanov - Müsavat
38. Ramiz Xəlilov - Müsavat Partiyası Laçın rayon təşkilatının sədri
39. Azər Ağayev - Müsavat
40. Əli Həsənov - Müsavat
41. Zakir Məmməzadə - Müsavat Partiyası Nizami rayon təşkilatının sədri
42. Əli Qasımov - Müsavat
43. Şahin Mirzəli - Müsavat
44. Şəhla Hacıyeva - ADP
45. Osman Əhmədov - ADP
46. Rövşən Əhmədov - ADP
47. Rəsul Mürsəlov - ADP
48. Azər Canıyev - VHP
49. Nazim Manafov - bitərəf
50. Araz İsgəndərli - bitərəf
51. Səlahəddin Əliyev - YAP
52. Azər Sadıqov - ADP
53. Elşən Şahbazov - ADP
54. Məmməd İbrahim - AXCP
55. Vaqif Xalıqov - AXCP
56. Kamran Sanatürk - AXCP
57. Elmar Haqverdiyev - bitərəf
58. Akif Babayev - AXCP-nin Binəqədi rayon şöbəsinin sədri
59. Dadaş Dadaşov - AXCP
60. İltifat Mehdiyev - AXCP Nizami rayon şöbəsi
61. Tofiq Dadaşov - AXCP
62. Adil Musayev - AXCP
63. Rəfail Həsənov - AXCP
64. Qabil Bünyatov - AXCP
65. Vasif Alışlı - AXCP
66. Sərvər İbrahimli - AXCP
67. Namiq bəy - AXCP Abşeron şöbəsinin sədri
68. Elbrus Məmmədov - AXCP
69. Ramiz Kamal - AXCP
70. Cəlil Hüseynov - AXCP
71. Maarif Ağaməmmədov - AXCP

Günün sonlarında siyahının dəqiqləşdirilməsi prosesi davam edirdi.

http://www.musavat.com/new/Gündəm/124471-İCTİMAİ_TELERADİO_ÖNÜNDƏ_MÜXALİFƏT-İQTİDAR_QARŞIDURMASI
  • Leave a comment
  • Add to Memories
musavat gencler teskilati
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 20-nə təyin etdiyi piketə mənfi cavab verdiyi üçün İP Koordinasiya Şurasının qərarına uyğun olaraq razılaşdırılmamış etiraz aksiyası bu gün saat 13-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçiriləcək. Qeyd edək ki, bu, son 10 gündə BŞİH qarşısında İctimai Palatanın keçirdiyi üçüncü razılaşdırılmamış aksiya olacaq. Bundan əvvəlki etiraz aksiyaları yüksək səviyyədə keçmiş və ciddi əks-sədaya, beynəlxalq və yerli ictimaiyyətin marağına səbəb olmuşdu. Budəfəki aksiyada da BŞİH-nin sərbəst toplaşmaq azadlığını pozmasına və aksiyalara normal yer ayırmamasına etiraz olunacaq.

İctimai Palatadan verilən məlumata görə, etiraz aksiyasına ciddi hazırlıq işləri aparılıb. Həm İctimai Palata çərçivəsində, həm də Müsavat Partiyası ilə AXCP-də aksiyaya hazırlıq işləri, demək olar ki, yekunlaşıb. İctimai Palatadan o da bildirildi ki, vicdan məhbuslarının azadlığa buraxılacağı ehtimalı yaranıb, əgər piketin keçirilmə vaxtınadək vicdan məhbusları azad ediləcəksə, aksiya təxirə salınacaq.
İctimai Palata İctimai Televiziyanın qarşısına təyin etdiyi etiraz aksiyasını isə təxirə salmaq niyyətində deyil. Çünki İctimai Televiziyanın qarşısına təyin olunan etiraz aksiyasının tələbləri vicdan məhbuslarının azad olunması deyil. İTV-nin öz profilinə uyğun olmayan, ancaq hakimiyyəti müdafiə edən fəaliyyətinə etiraz ediləcək və bu cür fəaliyyətə son qoyub müxalifətin də də mövqeyini, fəaliyyətini işıqlandırması telekanaldan tələb ediləcək. Etiraz aksiyası mayın 24-də saat 13-də keçiriləcək.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti mayın 24-də saat 13-də İctimai Televiziyanın qarşısında piket keçiriləcəyi ilə bağlı İctimai Palatanın xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti srağagün mənfi cavab verib. BŞİH-nin cavabında bildirilib ki, həmin gün “Eurovosion” mahnı yarışmasının yarımfinal konserti keçiriləcək, ona görə də İTV-nin qarşısında hər hansı bir siyasi aksiya həmin beynəlxalq tədbirin pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.
İP-dən verilən daha bir məlumatda isə deyilir ki, mayın 25-də İctimai Palatanın liderləri və üzvləri dənizkənarı milli parkda xalq gəzintisinə çıxacaq. Bu qərar da dəyişməzdir. İctimai Palata tərəfdarlarına müraciət edərək hər kəsi gəzintiyə çağıracaq. Verilən xəbərə görə, bu, sadəcə gəzinti olacaq. Heç bir şüar, tələb səsləndirilməyəcək.

İP MİQYASLI ETİRAZ AKSİYASI KEÇİRDİ

musavat gencler teskilati
İP MİQYASLI ETİRAZ AKSİYASI KEÇİRDİ (FOTOLAR)
İctimai Palatanın bu günə planlaşdırdığı etiraz aksiyası bu gün saat 13-də Fəvvarələr meydanında başlayıb. 50-yə yaxın İctimai Palata fəalları Fəvvarələrlə meydanına daxil olaraq "İstefa", "Azadlıq" şüarları səsləndiriblər.


Qeyd edək ki, etiraz aksiyasının məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palataya əlverişli mitinq meydanı ayırmasından imtinadır.

Fəllar öncə Nizami küçəsində toplaşıblar və «İstefa», «Demokratiya», «Korrupsiyaya yox» şüarları səsləndiriblər. Polis səsgücləndiricilər vasitəsilə aksiyaçıları dağılışmağa, ictimai ​​asayişi pozmamağa çağırıb, şəhərdə «çoxlu qonaqlar olduğunu» xatırladaraq, "Eurovision" mahnı yarışmasına işarə edib.



"Yeni Müsavat"ın əməkdaşı Röya Rəfiyevanın verdiyi məlumata görə, İP fəallarının daha bir qrupu Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşaraq şüar səsləndiriblər. Polislər və mülki geyimli cəza dəstələri fəallar qarşı aqressivlik nümayiş etdirib, onları döyüblər. 20-dən artıq İP fəalı saxlanılaraq üzərinə "Eurovision" yazılmış avtovuslara doldurulublar.

Bənzər aksiya Sabir bağında da olub. Burada da fəalların aksiyası zorakılıqla dağıdılıb.



Əməkdaşımız Emil Salamoğlunun verdiyi xəbərə görə, Qoşa Qala qapısının önündə etiraz aksiyasının qarşısını alan və fəalları döyüb-tutan polis qüvvələri aksiyanın başa çatdığını güman edib dağılışsalar da, gözlənilmədən fəalların daha bir dalğası Natəvanın heykəlinin həndəvərində toplaşaraq yenidən şüarlar səsləndirə-səsləndirə irəliləyiblər. Bir qədərdən sonra polis qüvvələri onların qarşısını alıblar, toqquşma yaranıb. Bir qadının ürəyi gedib, onu özünə gətirmək üçün təcili tibbi yardım briqadası çağırılıb.

R.Rəfiyevanın verdiyi məlumata görə, aclıq aksiyasını dayandıraraq piketə qoşulan Şəkər İsgəndərli polis tərəfindən saxlanılıb.

Əməkdaşımızın verdiyi xəbərə görə, aksiyada 50 nəfərə yaxın fəal saxlanılıb. Müsavat başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, onlar Səbayel rayon Polis İdarəsinin bölmələrinə aparılıblar.

HƏBSDƏKİ ROKÇUYA GÖRÜŞ VERİLMİR

musavat gencler teskilati
Camal Əli vəkili və anası ilə görüşə bilmir; digər iki gənc isə azadlıqdadır



Gənclərin 17 mart mitinqi zamanı baş verən insidentə görə saxlanılan və 6 sutka həbs cəzası alan “Bulustan” rok qrupunun gitaraçısı Natiq Kamilov martın 23-də azadlığa buraxılıb. Kameralardan qaçan və çəkilişə israrla “yox” deyən gitaraçı “Azadlıq” radiosuna telefonda qısa müsahibə verib və deyib ki, ona polisdə işgəncə verilməyib: “Bölməyə aparılana kimi məni babat döymüşdülər, polisdə artıq huşum özümdə olmayıb. Yəqin, huşu özündə olmayanı döyməzlər. Ən azından polisdə mənə işgəncə verilməyib, yalandan niyə şər atım? Yadımda qalan odur ki, ilk yumruğu mülki geyimlidən yedim”.

N.Kamilov Camal Əlinin söyüş söyməsinə münasibət bildirib: “İnsandır da. O da elə qiymət verdi. Düzdür, emosional davrandı. Camala demişdim ki, gəl heç kimə baxmadan çalaq. Camal heç fikir vermədi”.
Digər 5 günlük həbs almış “NİDA” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlı da martın 22-də azad edilib. E.Salmanlı deyib ki, onun heç bir günahı yoxdur: “Mintinqdə baş vermiş insident zamanı mən gəncləri sakitləşdirmək istəyirdim. Sonra polis məni də saxladı. Özümü günahkar saymıram”.
Səbayel polisində saxlanılan “Bulustan” rok qrupunun ifaçısı Camal Əlinin isə vəkili ilə görüşünə icazə verilmir. Bu barədə “Azadlıq” radiosuna rokçunun vəkili Anar Qasımlı məlumat verib: “Müdafiə etdiyim Camal Əli ilə görüşmək üçün bu gün (martın 24-də - red.) Səbayel rayon Polis İdarəsinə getdim. Dedilər yalnız məhkəmədən sənəd gətirəndən sonra görüş verə bilərik”.
Vəkil qanunvericilikdə belə bir prosedurun olmadığını deyir. Camal Əli martın 17-də Bakıda keçirilən icazəli mitinqdə saxlanılıb. Səbayel Rayon Məhkəməsi onun barəsində 10 sutkalıq inzibati həbs qərarı verib. Camal Əlinin anası Gülşən Əliyeva da indiyə qədər oğlu ilə görüşə bilmədiklərini deyir: “Apardığım yeməkləri qəbul edirlər. Polis idarəsində hər dəfə deyirlər ki, narahat olmayın, oğlunuzun vəziyyəti yaxşıdır. Dostları da siqaret və paltar aparıblar, hamısını qəbul ediblər. Amma görüş verilmir”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Yeni Müsavat”a dedi ki, 17 mart mitinqində saxlananlarla görüşüb: “Mən onlarla martın 18-də görüşdüm. Heç bir zorakılığa məruz qalmadıqlarını bildirdilər. Ancaq Natiq Kamilov və Camal Əli mitinqdə saxlanılarkən, avtobusa mindirəndə, eləcə də 8-ci bölmədə onlara təzyiq göstərilib, xoşagəlməz rəftar olunub. Natiq Kamilov 8-ci bölməyə gətiriləndən sonra nə baş verdiyini xatırlamadığını söylədi. Dediyinə görə, huşunu itirib, təcili yardım gəlib, həkimlər ona kömək ediblər. Ancaq mənə dabanına dubinka vurulması, işgəncə verilməsi haqda şikayət olunmadı. Eyni zamanda onların Binəqədidə inzibati saxlanma təcridxanasına göndərilməməsi barədə mənə Bakı Şəhər Baş Polis İdarəsinin məktubu təqdim olundu”.
musavat gencler teskilati

Bu barədə bəyanat yayılıb
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi martın 17-si saat 15-də Bakıda, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmış mitinqin nəticəsində musiqiçi (repçi) Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü, bloqçu Etibar Salmanlını həbs edilməsini pisləyir. Bu barədə qurumdan daxil olan press-relizdə bildirilir.


Məlumatda qeyd edilir ki, mitinq zamanı polisin mitinq iştirakçılarının şuarlarına, açılan plakatlara və çıxışlara müdaxiləsini sərbəst sərbəst toplaşmaq azadlığı hüququna hökümətin münasibətinin göstəricisi, bunu konstitusiya və beynəlxalq öhdəliklərə nümayişkəranə şəkildə məhəl qoymaması kimi qiymətləndirir: "Həbs olunan gənclərin 21 mart 2012-ci il tarixli apellyasiya məhkəməsində Səbayil rayon polis idarəsinin 8-ci polis bölməsində işgəncələrə və pis rəftara məruz qaldıqlarına, xüsusi ilə Camal Alinin 2 saat ərzində mütəmadi olaraq, ayaqlarının altına rezin dəyənəklə vurulmasına dair ifadələri ciddi narahatlıq doğurur. İşgəncə və pis rəftar faktlarını ört basdır etmək üçün həbs olunan gənclərə vəkilləri ilə görüşə icazə verilməməsini pisləyir, gənclərin hələ də polis bölməsində saxlanılmasının qanunsuz olduğunu və onların həyat və sağlamlığı üçün məsuliyyətin Azərbaycan hökümətinə aid olduğunu xatırladırıq".

Daha sonra bildirilir ki, təşkilat bütün yerli və beynəlxalq təşkilatları Azərbaycanda polis bölməsində davam edən bu işgəncə və pis rəftara son qoyulması üçün Azərbaycan hökümətinə həbs olunan gənclər ilə vəkillərinin görüşünü təmin etmək və işgəncələrlə bağlı müstəqil araşdırmalar başlatmaq üçün çağırış etməyə səsləyir: "Narahatlıqla qeyd edirik ki, bu il avropa musiqi yarışmasına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın musiqiçiyə qarşı işgəncə və pis rəftarı Azərbaycanda insan hüquqlarına və ləyaqətinə olan hörmətin real göstəricisidir".
musavat gencler teskilati
В связи с беспорядками в городе Губа (Азербайджан) Генеральный директор регионального телеканала "Хаял" Заур Гулиев, исполнительный директор Вугар Гонагов и редактор по рекламе Заур Мустафаев обвиняются в организации действий, направленных на нарушение общественного порядка, или участии в них.
Гулиеву предъявлено обвинение также по статье 309.2 (превышение должностных полномочий) УК, сообщил его адвокат Сафар Гусейнов.
Как писал "Кавказский узел", в Губе 1 марта до 10 тысяч человек собрались на митинге с требованием отставки главы исполнительной власти района Рауфа Габибова в связи с выложенным в Интернете видео, где он выступил с рядом обвинений в адрес губинцев. В результате беспорядков были арестованы Алхас Даньялов, Самир Хаммедов, Фархад Абдурахманов, Хаям Юнусов и Мурад Закиров.

13-14 марта были задержаны четверо местных журналистов, о судьбе которых ничего не сообщалось. По неофициальным данным, журналистов обвиняли в подготовке и размещении на Youtube видеоролика со скандальным выступлением бывшего главы исполнительной власти Рауфа Габибова, спровоцировавшего волнения в Губе. Насиминский районный суд Баку 20 марта арестовал Гулиева, Гонагова и Мустафаева на два месяца. Один из журналистов был отпущен после 72-часового задержания.

По словам адвоката Гусейнова, на суде представитель следствия заявил, что выступление главы исполнительной власти было смонтировано. Прокурор интересовался, кто именно дал указание сделать это. В свою очередь глава телеканала Гулиев заявил, что это ему неизвестно, так как он не проводил монтаж материала, сюжет в эфир готовили его сотрудники.

В то же время, из-под стражи был освобожден региональный корреспондент информационного агентства "Полигон" Джамиль Мамедли. Он рассказал, что после задержания его доставили в прокуратуру Губинского района, а оттуда в районную полицию, где продержали сутки. После этого Мамедли был отправлен в Баку, в Следственное управление по тяжким преступлениям Генеральной прокуратуры, где у него взяли показания.
По словам журналиста, следствие интересовалось, кто именно сделал монтаж выступления бывшего главы исполнительной власти Губинского района Габибова, и разместил его на сайте Youtube. Однако, по словам Мамедли, он заявил, что не вел съемок и не имеет отношения к региональному телевидению.

Спустя 72 часа после задержания корреспондент был освобожден.

Между тем, по неофициальной информации, по событиям в Губе арестованы еще два человека - председатель городского муниципалитета Эльхан Алиев и член муниципалитета Дастабей Тарланов. Пока нет информации о выдвинутых против них обвинениях.
Правоохранительные органы продолжают воздерживаться от комментариев хода следствия по Губинским событиям.
Глава пресс-службы генеральной прокуратуры Эльдар Султанов на просьбу прокомментировать сообщения об аресте журналистов и других лиц по событиям в Губе рекомендовал обратиться "после праздников" (20-26 марта в Азербайджане являются нерабочими днями по случаю весеннего праздника Навруз – прим. "Кавказского узла").
В свою очередь Институт права медиа (ИПМ) осудил арест журналистов. Напоминая о праве прессы, журналистов на получение и распространение интересующей общество информации, в том числе текста выступлений должностных лиц, ИПМ подчеркивает, что преследование и задержание журналистов за это противоречит международному принципу права на свободу выражения. Институт призвал правоохранительные органы информировать о задержании и условиях содержания журналистов и принять другие меры по обеспечению соблюдения их прав.
Институт свободы и безопасности репортеров (ИСБР) также осудил аресты сотрудников телеканала "Хаял" и потребовал прекращения преследования журналистов за свободу выражений.
Отметим, что в четверг, 15 марта, президент Азербайджана Ильхам Алиев назначил в Губинский район нового главу исполнительной власти Мубариза Агаева, который ранее руководил администрацией города Мингечаур на западе страны. Прежний глава Губинской райадминистрации Рауф Габибов был освобожден от должности 2 марта, а 7 марта был уволен замначальника управления полиции Губинского района Азер Рзаев.

Авторов какого монтажа ищут? Самой речи (а это разве монтаж?) или речи вперемежку с его виллами?
  • Leave a comment
  • Add to Memories
musavat gencler teskilati
Азербайджан, ставший местом проведения международного конкурса "Евровидение-2012", который состоится в мае, обвинили в пытках отечественных рэп-музыкантов, которые выступили с критикой действующего президента республики Ильхама Алиева.

О том, что 24-летнего фронтмена группы "Булустан" Джамала Али, музыканта Натика Камилова и блоггера Этибара Салманова пытали в полиции, ранее сообщили азербайджанские СМИ. Они были задержаны во время митинга оппозиции в Баку, на котором и выступал "Булустан". Во время концерта Джамал Али якобы "оскорбил президента Ильхама Алиева и его покойную мать", пишет 22 марта британская газета The Independent.

Суд приговорил задержанных к 10, 6 и 5 суткам ареста за хулиганство. "На заседании двое из подсудимых сказали, что полицейские били их и не позволяли связаться с родственниками и адвокатами", - говорится в статье британской газеты, выдержки из которой приводит InoPressa.ru.

Как напоминает издание, власти Азербайджана видят в конкурсе "Евровидение" способ продемонстрировать миру экономический рост страны, и уже вложили миллионы долларов в организацию этого мероприятия (более $63 млн - прим.ред. NEWSru.com). Но "арест музыкантов стал последним знаком того, как неуклюже решает проблемы с несогласными авторитарный режим господина Алиева", заключает издание.

The Independent напоминает другой случай с критикой действующей власти Азербайджана, когда после материалов сотрудницы азербайджанской службы "Радио Свобода" Хидиджи Исмайловой, заявившей о раскрытии коррупции в семье президента Алиева, в интернет был оперативно выложен на нее компромат - видеозапись, на которой она занимается сексом. Журналистка утверждала, что ее шантажировали, требуя прекратить писать, и угрожали в случае отказа выложить это видео в Сеть.

Рэперы сами сорвали концерт, нецензурно выражаясь со сцены

Митинг оппозиционных молодежных организаций, на котором были задержаны музыканты, прошел в Баку в субботу, 17 марта. В нем приняли участие около 1500 человек. Мэрия города санкционировала проведение акции на площади во дворе автошколы в поселке Баилово, на юго-западной окраине столицы.

Митинг должен был закончиться концертом молодых исполнителей. Но концерт был сорван, и акция завершилась досрочно из-за использования рэп-исполнителем Джамалом Али нецензурных слов в своих песнях, сообщает "Кавказский узел".

После предупреждений организаторов митинга он стал высказывать оскорбления в адрес президента страны Ильхама Алиева. После этого произошла потасовка между организаторами и музыкантами, и в конфликт вмешалась полиция, которая и задержала зачинщиков.

Задержанные были доставлены в 8-ое отделение Сабиальского районного управления полиции. Как сообщил их адвокат Анар Гасымов, Сабаильский районный суд Баку поздно вечером в субботу приговорил Джамала Али к 10 суткам ареста, гитариста Натига Камилова к 6 суткам ареста и активиста молодежного движения "Нида" ("Возглас"), блогера Этибара Салманова к 5 суткам ареста. Они были признаны виновными по статье 296 Кодекса административных проступков (мелкое хулиганство).



Правозащитники: за полгода в Азербайджане арестованы более 10 журналистов, выросло число фактов пыток

Этот инцидент уже привлек внимание правозащитной организации "Международная амнистия". "За два месяца до того, как Баку примет "Евровидение", власти Азербайджана используют силу, чтобы разогнать и заставить замолчать музыкантов, играющих на мирной акции протеста на улицах города", - заявил представитель правозащитной организации Джон Далхусейн.

Как сообщает издание Panorama, рабочая группа Координационного совета по правам человека Азербайджана также осудила физическое насилие полиции над тремя задержанными на митинге молодежи 17 марта.

Группа взяла дело задержанных под контроль и намерена принимать все необходимые шаги по защите их прав. Член рабочей группы Шахвалад Чобаноглу отметил, что за нецензурную брань никто не может быть подвергнут физическому насилию, и такие вопросы могут решаться только в установленном законом порядке.

Председатель национального комитета Хельсинкской Гражданской Ассамблеи Арзу Абдулаева сообщила, что создание единого правозащитного координационного органа в республике стало требованием времени, так как в последние время в Азербайджане участились нарушения прав журналистов, общественных деятелей и рядовых граждан.

За последние полгода в Азербайджане были арестованы более 10 журналистов, тысячи людей изгнаны из своих домов под предлогом государственных нужд, выросло число фактов пыток в местах лишения свободы и на предварительном следствии.
  • Leave a comment
  • Add to Memories

GƏNCLƏRİN MİTİNQLƏRİ DAVAM EDƏCƏK

musavat gencler teskilati
Gənclərin martın 17-də keçirdiyi icazəli mitinq zamanı baş verən insidentə görə 3 nəfər saxlanılıb. “Bulustan” rok qrupunun ifaçısı Camal Əlinin söyüş söyməsi gənclər tərəfindən etirazla qarşılanıb və onlar əlbəyaxa olub. Sonra polis davaya müdaxilə edib və 3 gənc tutulub. Səbayel Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, “Nida” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıblar.

Həbsdəki gənclərin vəkili Anar Qasımlı deyib ki, onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunur. Son məlumata görə, gənclər Səbayel Rayon Polis İdarəsində saxlanılır. C.Əlinin anası ona yemək aparsa da içəri buraxmayıblar.
Mitinqin aparıcısı olmuş Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının üzvü Samir Əsədli “Yeni Müsavat”a dedi ki, aksiyalar davamlı olacaq: “Bundan sonra da aksiyalarımız, layihələrimiz olacaq. Mitinq çox yüksək səviyyədə və böyük ruh yüksəkliyi ilə keçdi. Biz 1500 gənc nəzərdə tutmuşduq, ancaq hava soyuq olsa da 2 minə qədər gəncin yığışması böyük uğurun başlanğıcıdır. Hava yaxşı olsaydı, meydana 5 mindən artıq gənc yığılardı”.
S.Əsədli mitinqdəki xoşagəlməz olaydan da danışdı: “Xırda xoşagəlməz insident oldu və maraqlı qüvvələr bundan istifadə edib mitinqin aurasını dəyişməyə çalışdı. Amma onların istəyi alınmadı. Gənclərin Hüquqlarını Müdafiə Komitəsində (GHMK) təmsil olunmayan partiya və müstəqil təşkilatların bizə dəstək olması da uğurumuzdur. Bu göstərdi ki, gənclik zülmə, ədalətsizliyə, avtoritarizmə qarşı birləşib. Biz birlikdə güclüyük”.
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı yeni mitinqlərlə bağlı müzakirələrə başlanacağını dedi: “Gözləniləndən çox gənc mitinqə gəldi. Qarlı-soyuq hava gəncləri yolundan döndərə bilmədi. Çox uğurlu, möhtəşəm mitinq keçirdik. Dünya mətbuatı, beynəlxalq təşkilatlar bu tədbirə diqqət ayırdı. Maraqlı çıxışlar oldu. GHMK toplaşıb növbəti məramlarımızla bağlı müzakirə aparacaq”.
S.Soltanlı C.Əli olayına görə ictimaiyyətdən üzr istədi: “Təəssüf ki, belə xoşagəlməz hadisə baş verdi. Gözlənilməz ifadənin işlədilməsi bizə də gözlənilməz və pis gəldi. Buna görə də ictimaiyyətdən üzr istədik. Amma bu, bizim səhvimiz ucbatından belə olmadı. Məncə, bu insident mitinqin möhtəşəmliyinə kölgə salmadı. O, xırda bir hadisə idi”.
AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı da hesab edir ki, o kiçik insident mitinqə əsla kölgə salmadı: “Bundan sonrakı aksiyalarımıza da mənfi təsir göstərməyəcək. Əksinə, növbəti mitinqlərimizə daha çox gəncin gələcəyinə inanırıq. Ümumən uğurlu aksiya oldu. Rəngarəng və fərqli keçdi, ətrafdakı insanların diqqətini çəkdi. Bu tədbirə diqqət o qədər idi ki, mən stadiona yaxın ərazilərdəki köşklərdən ”Yeni Müsavat" və “Azadlıq” qəzetlərini tapa bilmədim, hamısı satılmışdı".
Ə.Qurbanlı icazəli mitinqlərin tərəfdarı olduqlarını dedi: “Hələlik icazəli və dinc mitinqlər daha çox effekt verir. Razılaşdırılmamış o vaxt olacaq ki, şəhərin mərkəzi meydanlarını istəyəcəyik və meriya bizə o yerləri ayırmayacaq. Hələlik icazəli aksiyalarımız davam edəcək”.
O, mitinqdəki məlum insidentə münasibətini açıqladı: “Mitinqlə bağlı yersiz açıqlamalar var. Əli Həsənov və Elnur Aslanovun fikirlərindən görünür ki, hakimiyyət narahat olub. İnsidentə gəlincə, mülki geyimli şəxslər gəncləri təxribata çəkdi deyə xoşagəlməz olay oldu. Ancaq Camal Əlini döyən və tutanlar başqaları olub. Düşünmürəm ki, bu hadisə gənclərin növbəti mitinqlərə axınının qarşısını alacaq”.
Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) 17 mart mitinqinin monitorinqinə dair açıqlama yayıb. SAMA Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan yerdə gənclərin mitinq keçirilməsinə icazə verildiyini təqdir edir. Ümid edir ki, icra hakimiyyəti orqanları bundan sonra da sərbəst toplaşmaqla bağlı məsələlərdə demokratik prinsiplərə uyğun addım ataraq vətəndaşların sərbəst toplaşması üçün əlverişli yerlər ayıracaq. SAMA bəyan edir ki, mitinqdə insident zamanı polislər səhnəyə hücum edərək musiqi ifaçılarına qarşı fiziki zor tətbiq edib. Polis gənclərə qarşı zorakılığa yol verib.

Profile

musavat gencler teskilati
[info]musavatgencleri
musavatgencleri

Latest Month

May 2012
S M T W T F S
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Syndicate

RSS Atom
Powered by LiveJournal.com
Designed by Lilia Ahner